19.10.2024, 16:44
AZ EN
29.11.2023, 16:51 200

Samvel Babayan Qarabağdakı uğursuzluqda Paşinyanı günahkar saymır

XƏBƏRLƏR
  • Azərbaycan ordusunun bu ilin sentyabrında Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirindən sonra özünü buraxdığını elan etmiş qondarma "Artsax respublikası"nın sabiq "müdafiə naziri" Samvel Babayan 44 günlük müharibə ilə bağlı  araşdırma aparan istintaq komissiyasına çağırılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistan parlamentində 44 günlük müharibə şəraitinin araşdırılması üzrə müvəqqəti komissiyada suallara cavab verib keçmiş separatçının dindirilməsi 3 saatdan çox davam edib.

Dindirilmədən sonra mətbuata açıqlama verən Babayan deyib ki, həm 44 günlük müharibə zamanı, həm də indiki vəziyyətlə bağlı bildikləırini tam şəkildə komissiyaya təqdim edib: "Mən ad çəkmədim, epizodlarla, faktlara uyğun olaraq istintaqın hansı istiqamətdə gedə biləcəyini təklif etdim. Düzdür, məni parlamentin müvəqqəti komissiyasında dəvət etmişdilər, amma özüm bir vətəndaş kimi gəldim, bildiklərimi təqdim etdim. Mənim dediklərim komissiyanın işinə nə dərəcədə kömək edəcəyini müharibə şəraitini araşdıran parlament nümayəndələri və onların ekspertləri daha yaxşı başa düşür. Ona görə də komissiyanın öz həqiqi məqsədinə çatıb-çatmayacağını deyə bilmərəm. acaq, ya yox, deyə bilmərəm, hər şey onların öz yanaşmasından asılıdır”.

Antiterror tədbirləri zamanı Qarabağı tərk edərək Ermənistana qaçmış separatçıların keçmiş "müdafiə naziri”  44 günlük müharibənin ağır məğlubiyyətlə nəticələnməsində Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa rolunun olmadığı qənaətindər. Belə ki, Samvel Babayan komissiyada dindirilərkən “44 günlük müharibədəki məğlubiyyətdə Baş nazir Nikol Paşinyanın günahını görürsünüzmü” sualına Babayan belə cavab verib: “Nikol Paşinyanın günahı düzgün olmayan kadr siyasəti və təyin etdiyi kadrların hesabatlarına inanması olub”.

Samvel Babayan onu da deyib ki, özsünü buraxmış qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan  Qarabağ ermənilərinin evlərinə qayıtması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar apardığını da söyləyib. Ancaq o, bu barədə əlavə heç nə deməyib və media nümayəndələrinin "Şahramanyanın hansı rəsmiləri ilə danışır" sualına cavab verməkdən yayınıb.

Xatırladaq ki, Samvel Babayandan əvvəl Qarabağdakı keçmiş separatçı rejimin sonuncu rəhbəri dindirilmək üçün Ermənistan parlamentinə dəvət olunub. O da 44 günlük müharibə ilə bağlı araşdırma aparan komissiyada  suallara cavab verib.

Elxan SALAHOV

Oxşar xəbərlər