Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistana xəbərdarlıq edib.
"Vətən səsi" xəbər verir ki, türkiyəli nazir yerli "A Haber" telekanalına müsahibəsində bildirib ki, Qərbin İrəvanı silahlandırması Ermənistan üçün yaxşı heç nə vəd etmir: "Biz Ermənistanla normallaşmaya hazırıq, lakin bunun yolu Ermənistanı silahlandırmaqdan keçmir, bunun sonunda itirən Ermənistan ola bilər".
Hakan Fidan vurğulayıb ki, Türkiyə Azərbaycanın maraqları və təhlükəsizliyini Cənubi Qafqaz siyasətində hər zaman bir nömrəli prioritet hesab edir.
Bu məsələ Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfəri çərçivəsində keçiriləcək görüşdə də müzakirə ediləcək. Hakan Fidan bildirib ki, Putinin prezident Rəcəb Tayyib Ərdoğanla görüşdə regional məsələlər xüsusi diqqət yetiriləcək. Cəfəri çərçivəsində həmçinin qaz məsələsi, Akkuyu atom elektrik stansiyası layihəsi, taxıl müqaviləsi, Suriya və Qəzza zolağındakı vəziyyətin müzakirəsi planlaşdırılır.
Elxan SALAHOV