08.09.2024, 05:49
AZ EN
25.07.2024, 11:05 233

Biz mütləq Zəngəzur dəhlizinin açılmasına nail olacağıq və o gün uzaqda deyil

XƏBƏRLƏR
  • Rusiyanın Ermənstandakı səfirinin son açıqlamaları hər üç dövlətin imzaladığı 10 noyabr razılaşmasına tamamilə ziddir. Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan bütün zəruri addımları atacaq.

“Mən düşünürəm ki, birinci biz bu açıqlamanın üzərində qısa formada durmalıyıq. Sanki bir yeni dəb yranıb. Gah İranın səfiri, bir müddət bundan əvvəl şahidi olduq. Eyni zamanda bu günlərdə  Rusiyanın səfiri  öz dövlətinin rəsmi mövqeyindən fərqli olaraq, təzadlı açıqlamalar verirlər”.

Bunu VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov “ARB24”-ə açıqlamasında deyib. O, qeyd edib ki, biz də cənab səfirin diqqətinə çatdırmalıyıq ki, ortada olmayan bir razılaşması var: “ Bu razılaşmaya üç ölkə qol çəkib. O cümlədən Rusiya qol çəkib və orda açıq-aydın bu məsələ öz əksini tapıb. Söhbət karidordan və keçiddən gedir. Eyni zamanda, başqa bir sual da əgər o özü də deyir ki, üçtərəfli komissiya var və o sualı da biz veririk ki, üçtərəfli komissiya onda nəyi müzakirə edir? Uzun müddətdir biz nəyi müzakirə edirik?  Yəni bu, tamamilə zidd bir yanaşmadır və bir zidd mövqedir. Biz Rusiyanın rəsmi mövqeyini bilirik.  Ona görə mən bunu əbəs yerə demirəm”. Millət vəkili daha sonra xatırladıb ki, eyni məsələni biz dəfələrlə İranın Ermənistandakı səfiri ilə də yaşamışıq: “Dövlətin danışıqlarda mövqeyi birdir, yəni biz bilirik. Səfir isə tamamilə ziddiyyətli açıqlamalar verir. Eyni əməli də artıq Rusiyanın səfiri də bu bəyanatları ilə törətmiş oldu. İndi burada başqa bir sual da çıxır: Bu 30 il ərzində  nə üçün, nə İran, nə Rusiya Qafanda səfirlik açmaq barədə düşünmədilər, heç biri. Bu məsələ, ümumiyyətlə, müzakirə mövzusu da deyildi. Birdən-birə operativ şəkildə İran da bu prosesdə konsuluq açmaq, indi isə Rusiya uzun müddətdir məsələni  bildirir. Burda görünür ki,  Avropa İttifaqının ordakı müəyyən bir komandası var, heyəti var. Biz hər zaman deyirik ki, bunlar keçmiş kəşfiyyatçılardan, hüquq mühafizə orqanlarının əməkdaşlarından  ibarət bir heyətdi və guya onlra orda müşahidə ilə məşğuldurlar. Əslində, mən düşünürəm ki, indi burda konsulluğunun açmasından əlavə, biz gözləyirdik ki, düzdür, Rusiyanın zaman-zaman müxtəlif bəyanatları olub. Amma biz ümumilikdə istəyirik ki, bu məsələyə də çox sərt bir münasibət olsun. Bu konsulluğun açılması məsələsi məsələdən çıxış yolu deyil”.

C.Məmmədov daha sonra əlavə edib ki, mən əminəm ki, biz mütləq Zəngəzur dəhlizinin açılmasına nail olacağıq və o  gün uzaqda deyil. Yəni bunu hər kəs bilsin: “Bunun üçün Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə, həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə gərəkən addımları atır və gələcəkdə də atacaq. O mənada, o anlamda indi görünür ki, burda əsas həm də hədəf və məqsəd isə Avropa İttifaqının orda olan bir heyəti var ki, onlar bu gün orda, mən düşünürəm ki, qara işlərlə məşğuldurlar. Kəşfiyyatla məşğuldurlar. Biz bunu dəfələrlə müzakirə etmişik. Orda hərbi hissələrə baş çəkirlər,  erməni hərbçilərinə müəyyən təlimlər keçir. Görünür ki,  Bölgə nəzarəti təmin etmək üçün, prosesləri izləmək üçün də belə bir zərurəti bu dövlətlər görürlər. Ona görə də bu təşəbbüslərlə çıxış edirlər. Amma burda isə ümumilikdə biz o məsələyə gəlirik. Yəni hər zaman qeyd olunduğu kimi, Zəngəzur dəhlizinin açılması heç bir dövlət üçün problem yaratmır. Əksinə, Zəngəzur dəhlizinin açılması bütün bölgə dövlətlərinin marağında olmalıdır. Çünki bu ərazidən eyni zamanda Rusiyanın mallarının daşınması bir planı və hədəfi də var. Yəni Rusiya səfiri də bunu bilməlidir ki,  burda həm də bu dəhliz açılmaqla dövlətlərarasında kommunikasıya, əlaqə və yüklərin daşınması üçün yeni imkan və  fürsətlər yaranacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər