Bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.
“Çox güman ki, sülh sazişində onun Naxçıvan anklavına Zəngəzur dəhlizinin yaradılmasına Azərbaycanın nəzarətini gücləndirmək müddəaları daxil olacaq. 2023-cü ilin sentyabrında Qarabağda uğurlu hərbi əməliyyatdan sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirərək, parçalanmış separatçı region üzərində öz üstünlüyünü bərpa edib. 2024-cü ilin yanvarında keçmiş Dağlıq Qarabağ Respublikasının ləğvi bunun bariz nümunəsidir”- “Fitch Solutions”un şərhində əlavə edilib.
FS həmçinin, prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində rahat qələbə qazanacağını proqnozlaşdırıb: "Prezident İlham Əliyevin siyasi hakimiyyətinə ciddi şəkildə rəqib olacaq qüvvələr yox dərəcəsindədir". (APA)