09.06.2025, 16:16
AZ EN
20.04.2023, 11:36 476

Amerikalı kinorejissor: Ermənilərin Şuşadakı tarixi tikililərdə səbəb olduqları dağıntılar çox ağrılıdır

XƏBƏRLƏR
  • Ermənilərin Şuşadakı tarixi tikililərdə səbəb olduqları dağıntılar çox ağrılıdır.

Bunu Şuşada səfərdə olan ABŞ-da fəaliyyət göstərən “La Gondola” restoranının sahibi, sənədli film kinorejissoru, yazar Nir Vaynblut deyib.

“Bu cür gözəl tarixi şəhərdə baş verənlər utancvericidir. Şəhərdə hərəkət edərkən bayraqları, insanların vətənpərvərliyini görə bilirsən. Hər yer təmizdir, bura təhlükəsiz və cinayətsiz bir yerdir. Həm gecə, həm də gündüz şəhərin küçələrində gəzdik, olduqca təhlükəsizdir, insanları isə səmimidir.

Dağıntılarla yanaşı, burada quruculuq işlərini də gördük, şəhər açıq kitab kimidir - tarixi, siyasəti mədəniyyəti əks etdirir. Mən buranın turizm imkanlarını da təxmin edə bilirəm, insanlar bura gəlməyi çox istəyərlər. Buranın sadəcə havası belə dərman kimi faydalıdır, eyni zamanda, burada hazırlanan qida da olduqca cəlbedicidir. Düzü mən öz ailəmlə, uşaqlarımla birlikdə bura qayıtmağı səbirsizliklə gözləyirəm, bu mənim xəyalımdır ki, hamımız birlikdə bu ölkəyə gələk və burada daha nə kimi işlər görülə bilər, buna birlikdə baxaq. Mən bilirəm ki, bütün bunlar sürətlə baş verəcək, çünki Azərbaycan çox sürətlə işləyir”, - o bildirib. (APA)

Oxşar xəbərlər