22.11.2024, 21:02
AZ EN
29.01.2024, 14:17 251

Çexiyada yaşayan azərbaycanlılar Ermənistanın mina terroruna qarşı etiraz aksiyası keçiriblər

XƏBƏRLƏR
  • Yanvarın 28-də Çexiya paytaxtının mərkəzi meydanlarından biri olan Namesti Republikada (Náměstí Republiky) bu ölkədə yaşayan azərbaycanlıların irimiqyaslı aksiyası keçirilib.

Aksiyanın məqsədi bu Avropa ölkəsində ictimaiyyətin diqqətini Ermənistanın mina terroru məsələsinə, Azərbaycan ərazilərində erməni işğalının dağıdıcı fəsadlarına, bir sıra Avropa dövlətlərinin bizim ölkəyə münasibətdə ikili standartlarına, Qərbi Azərbaycan icmasının ümidlərinə çəkmək olub. Aksiyanın təşəbbüskarı və təşkilatçısı qismində Çexiya Azərbaycanlıları Birliyi çıxış edib.

Aksiyada təkcə Azərbaycan diasporunun təmsilçiləri deyil, həm də bizim narahatlığımızı bölüşən Çexiya vətəndaşları, başqa diasporların nümayəndələri iştirak edirdilər.

Təşkilatın rəhbəri Fərid Əmirəliyev bildirib ki, ölkədə yaşayan azərbaycanlılar bu cür aksiyalar vasitəsilə həm Çexiya ictimaiyyətini, həm də burada yaşayan üçüncü ölkələrin vətəndaşlarını xalqımızın işğal illərində qarşılaşdığı və hazırda da davam edən ədalətsizlik barədə məlumatlandırırlar.

Aksiya iştirakçıları meydandan keçənlərə bukletlər, flayerlər paylayır, onların suallarına cavab verirdilər. Molbertlərdə Ermənistanın mina terrorunu, eləcə də Azərbaycanın müzəffər Ordusu tərəfindən bu yaxınlarda son qoyulan 30 illik işğalı əks etdirən fotoşəkillər təqdim olunmuşdu.

Erməni diasporunun bu aksiyanın keçirilməsinin Praqa meriyasında ləğvinə nail olmaq cəhdləri boşa çıxıb. (AZƏRTAC)

Oxşar xəbərlər