21.11.2024, 18:33
AZ EN
16.03.2022, 08:30 307

Hikmət Hacıyev: İƏT ölkələrinin jurnalistləri Ağdam və Şuşada abidələrə qarşı vandalizmin şahidi olublar

XƏBƏRLƏR

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İƏT ölkələrinin jurnalistləri ilə görüşüb. O bu barədə tviter hesabında yazıb.

Tvitdə deyilir: “İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv ölkələrin bir qrup jurnalisti ilə görüşməkdən məmnunluq duyuruq. Onlar işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərində olub, 60-dan çox məscidə və digər mədəniyyət və dini abidələrə qarşı törədilən vandalizm və talanların şahidi olublar”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Oxşar xəbərlər