17.09.2024, 00:51
AZ EN
26.01.2024, 21:20 201

Hikmət Hacıyev AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyini tənqid edən Türkiyə tərəfinə təşəkkür edib

XƏBƏRLƏR
  • Dəyərli Mövlud bəy (Mövlud Çavuşoğlu) AŞPA-da Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət "X" sosial şəbəkə hesabında yazıb.

"Dəyərli Mövlud bəy AŞPA-da Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə", - Hikmət Hacıyev qeyd edib.

Digər paylaşımında isə, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna təşəkkürünü ifadə edib.

"Dəyərli və əziz Qardaşım daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbər olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz", - o qeyd edib. (Trend)

Oxşar xəbərlər