22.11.2024, 17:30
AZ EN
22.01.2024, 11:30 286

Ermənistan-Azərbaycan münasibətləri Avropada müzakirə olunur

XƏBƏRLƏR

Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının iclası keçiriləcək. Təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin qatılacağı iclasa qurumun xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel sədrlik edəcək.

"Vətən səsi" xəbər verir ki, iclasda Rusiyanın Ukraynaya təcavüzü və Yaxın Şərqdəki vəziyyətlə yanaşı Ermənistan-Azərbaycan münasibətləri diqqət mərkəzində olacaq. Belə ki,  Aİ Xarici Əlaqələr Şurasının gündəmindəki mövzulardan biri Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı və perspektivlərin müzakirəsi olacaq. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin bununla bağlı hesabat təqdim edəcəyi də gözlənilir.

Bu arada Avstriyada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Avropa, ABŞ və Kanadadakı səfirlər, habelə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb. Erməni mətbuatının yaydığı məlumata görə, Paşinyan hökumətinin təşəbbüsü ilə keçirilən görüşdə Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər