28.04.2025, 14:18
AZ EN
15.04.2022, 14:19 433

Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına üzv olub

XƏBƏRLƏR

Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq məsləhətinin (Türkmənistan parlamentinin yuxarı palatası) sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasına üzv olub.

Qeyd edilib ki, Q. Berdiməhəmmədovun Türk Dövlətləri Təşkilatının daimi məşvərət orqanı olan Ağsaqqallar Şurasında iştirakı Türkmənistanın Türk Dünyasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə çoxşaxəli əməkdaşlığın dərinləşməsinə töhfəsinə yeni təkan verəcək. (AZƏRTAC)

Oxşar xəbərlər