09.06.2025, 15:51
AZ EN
16.01.2024, 17:15 253

Baqdasaryan: "Sərhədlər 1920-ci il xəritəsinə əsaslansa..."

XƏBƏRLƏR
  • "Rəsmi Bakı Ermənistandan tələb edir ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana və əksinə daşınan sərnişinlər və yüklər yoxlanılmamalıdır. Bu, o deməkdir ki, sərhədlərin müəyyənləşdirilməsi 1920-ci ildə təsdiq edilmiş xəritə əsasında aparılacaq".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Armen Baqdasaryan deyib.  Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası ilə əlaqədar 1920-ci il xəritəsini gündəmə gətirib: “1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının yox, 1920-ci ilin varisi kimi tanıdı. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi. Azərbaycan hesab edir ki, sərhədləri Sovet İttifaqındakından tamamilə fərqli olmalıdır”.

Baqdasaryan Zəngəzur və digər ərazilərin 1920-ci il xəritəsində Azərbaycanın tərkibində olduğunu bildirib. Politoloq rəsmi Bakının İrəvandan ekstraterritorial dəhliz tələb etdiyini də vurğulayıb: “Bəli, ekstraterritorial dəhliz tələb edirlər. Yəni Ermənistandan tələb edirlər ki, Naxçıvana və əksinə daşınan sərnişinlər və yüklər yoxlanılmamalıdır. Yola hər hansı bir nəzarət olmamalıdır. Anklavlar məsələsində də eyni mexanizmi tələb edirlər: onları üç (Qazaxın kəndləri) anklavla birləşdirən yollara Ermənistan tərəfindən nəzarət olmasın”.

Elxan SALAHOV

Oxşar xəbərlər