19.10.2024, 12:24
AZ EN
13.01.2024, 15:39 117

Casus qalmaqalı Bakı-Paris münasibətlərini çətinləşdirir - "La Gazette du Caucase" Fransanın əsl motivlərindən yazıb

XƏBƏRLƏR
  • Fransalı biznesmen Martin Ryan Bakıda casusluq şübhəsi ilə həbs olunub və bu, Bakıya iki fransız diplomatının göndərilməsi ilə əlaqəli qəribə haldır.

Bu barədə Parisdə yerləşən La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun öz məqaləsində yazıb.

O xatırladıb ki, 26 dekabr 2023-cü il tarixində Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. Fransa da "cavab tədbiri" olaraq iki azərbaycanlı diplomatı "persona-non-grata" elan edib.

"Bu "iltifat mübadiləsi" Fransanın Ermənistanı və ya ən azından Qarabağdakı separatçı qruplaşmaları şərtsiz dəstəkləməsi səbəbindən iki ölkə arasında münasibətlərdəki gərginliyi əks etdirir, belə ki Ermənistan və Azərbaycan hökumətləri münasibətlərini normallaşdırma prosesinə başlamağa qərar veriblər.

Dekabrın sonunda Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

4 dekabr 2023-cü ildə Bakıda Fransa vətəndaşı Martin Ryan casusluq ittihamı ilə həbs edib. İlkin dindirilmədən sonra məhkəmə orqanları sözügedən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçdiyini bildirən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "o həbs olunan kimi Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini" əlavə edib.

Martin Ryan şərab ticarəti üzrə ixtisaslaşmış "Merkorama" MMC-nin baş direktorudur. O, 26 may 2023-cü ildə Fransa Respublikasının prezidentinə açıq məktub göndərməklə özünə ad qazanıb. "YouTube"da və Fransanın "Causeur" jurnalında dərc olunan məktubda Fransaya Azərbaycanı qaralamaq siyasətini dəyişdirməsi üçün çağırış edilir, Azərbaycanın təcazüvkar deyil, təcavüzə məruz qalan olduğu təkidlə deyilir və erməni aktivistlərinin onların mövqeyini qəbul etməyəcəyi təqdirdə Fransa mətbuatının ünvanına təhdidlərindən bəhs olunur. Ryan Fransa və Azərbaycanın böyük mədəniyyətə sahib və yaxınlaşmalı olan iki ölkə olduğunu qeyd edib və bəzi siyasətçilərin Azərbaycanın ünvanına səsləndirdiyi böhtanı pisləyərək iki ölkə arasında dostluq əlaqələrini bərpa etməyə çağırıb. O həmçinin, Azərbaycanda yaşayan fransalılara çox yaxşı münasibət göstərildiyini və Fransanın ermənipərəst siyasətinin onlara açıq-aşkar zərər yetirdiyini deyib.

Beləliklə, gənc fransız Azərbaycanın açıq-aşkar tərəfdarı kimi görünüb. Lakin dekabrın sonunda KİV-ə sızan məlumata görə, Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti ona müraciət edərək məxfi əməkdaşlığa məcbur edib. Elə həmin məlumata görə, Martin Ryan sonradan Bakıdan qovulmuş fransalı diplomatlardan biri olan həmin agent tərəfindən istifadə (manipulyasiya) olunduğunu etiraf edib.

Fransalı mütəxəssis Fransua Heysburun qeyd etdiyi kimi:

"Səfirliklərin kəşfiyyat fəaliyyəti adi məsələdir və şərtsiz qəbul edilir. Əsas cinayət başında yaxalanmamaqdır - görünür bu dəfə məhz bu baş verib".

Fransalı iş adamı həbs olunan vaxtdan Fransa səfirliyinin Bakıdakı konsulluq əməkdaşları bir neçə dəfə onu ziyarət edib və "istintaq barəsində bütün məlumatları bilirlər", - səfirliyin məlumatında deyilir.

"Biz onunla hər dəfə iki dəqiqə olmqla dörd dəfə danışmışıq. O bildirir ki, onunla yaxşı davranırlar və vəkili ilə yaxşı anlaşır", - saxlanılan şəxsin atası onun həbsindən sonra "AFP" agentliyinə deyib (məqalədə deyilir).

Jan-Mişel Bryun həmçinn Parisin bu ilədək Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın müstəmləkə olan və ya müstəmləkələşdirilmiş olduğunu düşünən ərazilərin səsinə səs vermək üçün "Bakı Təşəbbüs Qrupu"na ev sahibliyi etməsindən qıcıqlandığını yazır. Bu qrupun nümayəndələrinin arasına Fransa müstəmləkələri Vest-Hind, Polineziya, Yeni Kaledoniya və Korsikanın müstəqillik hərəkatının liderləri də daxildir. Qrupa həmçinin özlərini "Franko-Afrika" qalıqlarının qurbanları hesab edən ölkələr daxildir.

"Azərbaycan təqribən otuz il ərzində işğal altında qalan torpaqları geri qaytardı, Fransa hadisələrin erməni versiyasına şərtsiz dəstək nümayiş etdirdi, halbuki Minsk qrupu kimi bilinən vasitəçi qrupda üzvlüyünə görə onun ciddi neytrallıq mövqeyi tutacağı gözlənilirdi. Bu dəstək əlbəttə ki, Fransada siyasətə və KİV-ə aktiv şəkildə cəlb olunan güclü erməni diasporunun olması ilə, həm də getdikcə Fransa siyasətinə daha çox təsir göstərən Fransa sağçıların münaqişədən istifadə etməsi ilə izah oluna bilər.

Bu kontekstdə Fransanın xidmət orqanları Martin Ryanı necə manipulyasiya ediblər? Vədlə, təhdidlə? Hansı informasiya xatirinə?

Hazırda Azərbaycanın məhkəmə orqanları tərəfindən heç bir məlumat daxil olmayıb, onlar araşdırmaları davam etdirir. Ola blsin ki, bir neçə gün və ya həftə sonra daha çox məlumat öyrənəcəyik... ya da öyrənə bilməyəcəyik", - Jan-Mişel Bryun sonda yazıb. (Trend)

Oxşar xəbərlər