19.10.2024, 12:40
AZ EN
09.01.2024, 12:17 303

Paşinyanın qorxusu

XƏBƏRLƏR

Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqelərinin möhkəmlənməsindən qorxuya düşən Ermənistan rəhbərliyi xarici siyasətdə bəzi korrektələr etmək məcburiyyətindədir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyində diplomatlarla keçirdiyi görüşdə bildirib. Erməni mətbuatının yaydığı məlumata görə, ölkəsinin xarici siyasətini həyata keçirən diplomatları bir yerə yığaraq Azərbaycanla sülh müqaviləsinin şərtləri barədə müzakirələr aparııb. O, Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsində şəxsən iştirak edib. Toplantıda Ermənistanın 2024-cü il üçün xarici siyasət prioritetləri geniş müzakirə olunub. Paşinyan deyib ki, indiki şəraitdə xarici siyasətin ən əsas məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir.

Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş səylərə və proseslərə toxunulub. Bildirilib ki, Ermənistanın Avopa ilə yaxınlaşma xətti yürütməsi, Qərb ölkələri və xüsusən də Fransa ilə hərbi əməkdaşlıq fonunda Rusiya ilə münasibətlərin pisləşməsi ötən il boyunca davam edib. Amma siyasət rəsmi İrəvanın maraqlarını tam təmin etməyib və əksinə, Ermənistan regionda təklənmiş ölkə kimi tanınmağa başlayıb.  

Mətbuatın yazdığına görə, Ermənistan rəhbərliyini qorxudan və Paşinyanı diplomatları bir araya gətirməsi də məhz bu tendensiyanın davam etməsinin doğuracağı təhlükələrdir. Baş nazir xüsusilə Rusiyadan gələn iqtisadi risklərdən sığortalanmaq üçün ölkəsinin xarici siyasət kursuna yenidən baxmaq niyyətindədir.

Elxan SALAHOV

Oxşar xəbərlər