09.06.2025, 04:34
AZ EN
20.12.2023, 10:39 356

Paşinyandan Putinə cavab: "Qarabağın Azərbaycan ərazisi olduğunu Putin 2020-ci ilin noyabr-dekabr aylarında deyib"

XƏBƏRLƏR
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin "Qarabağdan imtina edən Rusiya deyil. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır və erməni tərəfdaşlar belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər" açıqlamasına cavab verib.
 
"Vətən səsi" xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Məlumata görə, Nikol Paşinyan deyib ki, 2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Federasiyasının prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. O, əlavə edib ki, Putinin bu açıqlaması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla ziddiyyət idi: "2021-ci ildə Azərbaycan-Ermənistan sərhədində döyüşlər baş verəndə rəsmi İrəvan KTMT-yə və Rusiyaya müraciət edib, amma reaksiya sıfır olub".
 
Ermənistanın Baş nazir deyib ki, “Fərrux hadisələri” zamanı da Rusiya və KTMT-dən reaksiya olmayıb. Onun sözlərinə görə, məhz Rusiyanın Ermənistana qarşı münasibətlərindəki bu dəyişikliklərdən sonra sonra rəsmi İrəvanın KTMT çərçivəsində əməkdaşlığa baxışında yeni yanaşmalar ortaya qoyulub.
 
Xatırladaq ki, Rusiya prezidenti ötən həftə keçirdiyi illik mətbuat konfransında Ermənistanın MDB və KTMT tədbirlərini iqnor etməsi və hətta KTMT-dən çıxmaq istəyi barədə yayılan məlumatlara münasibət bildirər ki, rəsmi İrəvanın Qarabağ məsələsinə Moskvadan incik düşməsinin əsassız olduğunu deyib. Vladimir Putin bildirib ki, Baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycın tərkib hissəsi kimi tanıması barədə bəyanatından sonra Rusiya Ermənistana heç bir köməklik göstərə bilməzdi.
 
Elxan SALAHOV
Oxşar xəbərlər