Millət vəkili qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırki dövrdə çox ciddi sınaqlarla üz-üzədir. Təəssüf ki, dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə və bu istiqamətdə qəbul edilmiş qərarlara o qədər də əməl etmirlər: "Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin uğurlu siyasətinə əsasən həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı və etimadı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Bir sözlə, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir",- deyə C.Məmmədov vurğulayıb.
Tahirə AĞAMİRZƏ