22.11.2024, 10:23
AZ EN
18.12.2023, 13:16 312

Azad edilən ərazilərdə vəkil büroları yaradılacaq

XƏBƏRLƏR
  • Vəkillər Kollegiyası işğaldan azad olunan torpaqlarda vəkil bürolarının yaradılması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib.

Bunu Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan torpaqlarda şəhərlər, kəndlər, qəsəbələr salınarkən vəkil qurumlarının yerləşməsi də mütləq nəzərə alınmalıdır:

“Çünki əgər hüquq-mühafizə orqanlarının həmin bölgələrdə şəraiti olacaqsa, mütləq vəkil qurumu da olmalıdır. Biz də hazırıq ki, öz hesabımıza işğaldan azad olunmuş ərazilərdə vəkil qurumlarını tikib təmir edək. Amma, təbii ki, dövlət tərəfindən də mütləq Baş Planda bu məsələ nəzərə alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bizə cavab verilib. Bildirilib ki, mütləq qaydada bu məsələ nəzərə alınacaq və təbii ki, prioritet məsələlərdən biridir. Hazırda insanlar öz doğma dədə-baba yurdlarına köçürlər. Amma azad olunmuş ərazilərdə o sayda adam yoxdur ki, indidən vəkil bürosu fəaliyyət göstərsin”.

Müsahibəni buradan oxuya bilərsiniz. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR