"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb. Erməni mətbuatında yayılan açıqlamada deyilir ki, Qarabağdan olanlar sürətləndirilmiş prosedurla vətəndaşlıq ala bilərlər. Bunun üçün onlar İrəvanda Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə və bölgələrdə – Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin istənilən ərazi bölmələrinə müraciət etməli, lazımi sənədləri verməlidirlər.
Ermənistan Daxili İşlər Nazirliyinin Qarabağı könüllü tərk edərək İrəvana və digər ərazilərə köçmüş ermənilərə ünvanlanan məlumatda deyilir: “Bir-iki ay ərzində siz Ermənistan Prezidentinin fərmanı ilə vətəndaşlıq verildiyinə dair qısa mesaj alacaqsınız. Növbəti mərhələdə, artıq Ermənistan Respublikasının vətəndaşı olaraq, yeni pasport almaq üçün ərizə yazmalısınız”.
Xatırladaq ki, Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, 30 avqust 2024-cü il tarixinə qədər Qarabağ sakinlərində 4 min 300 nəfəri Ermənistan vətəndaşlığı üçün müraciət edib. İndiyədək həmin şəxslərin yarıdan çoxu - 2 min 900 nəfər Ermənistan vətəndaşlığını qəbul edib. Hazırda digəe müraciətlərə baxılması prosesi davam edir.
Elxan SALAHOV