Bu sözləri "Moderator.az"-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, Qərbi azərbaycanlıların qayıtması ilə əlaqədar çox böyük ümidlər var: "Biz istəyirik ki, Cənubi Qafqazda sülh yaransın və birgəyaşayış mümkün olsun. Bu birgəyaşayışın mümkün olması üçün Azərbaycan tərəfindən xüsusi proqram hazırlanıb. İnanırıq ki, Ermənistan tərəfi də Qərbi Azərbaycan "İcması"nın müraciətlərini cavablandıracaq, birgəyaşayış üçün töhfə verməyə başlayacaq. Beynəlxalq hüquqa söykənərək Qərbi azərbaycanlıların öz torpaqlarında yaşamaq hüquqlarının bərpa olunması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq etməsinin tərəfdarıyıq. İnanırıq ki, mübarizəmizi bu tempdə davam etdirəcəyimiz təqdirdə bu torpaqlara qayıdış mümkün olacaq",- deyə deputat vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ