Bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda iştirak edən Brüssel Diplomatik Akademiyasının müşaviri Jan De Brabander deyib.
“Bu gün Prezident İlham Əliyevlə müzakirələr apardıq və o, müxtəlif mövzulara toxundu. Dövlət başçısı bütün suallarımızı cavablandırdı və biz suallarla bağlı qadağa almamışıq. Nəticə etibarilə deyə bilərəm ki, müzakirələr çox səmərəli keçdi. Ümid edirəm ki, gələcəkdə belə konfranslar yenidən təşkil olunacaq. Həmkarlarım artıq beşinci dəfədir bu konfranslarda iştirak edirlər. Mən isə birinci dəfədir bu tədbirə qatılıram”, - deyə Jan De Brabander vurğulayıb. (AZƏRTAC)