18.10.2024, 08:31
AZ EN
17.10.2024, 17:52 114

Vardan Oskanyan: "Bakı İrəvandan istədiyi hər şeyi alacaq"

XƏBƏRLƏR

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü ilkin şərtlər və İrəvanın özünü razılaşmış kimi aparması Paşinyana müxalif qüvvələrdə hakimiyyətə qarşı inamsızlığı artırıb. Paşinyanın əleyhidarlarından biri, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə rəsmi Bakının sülh danışıqları prosesində istədiyi hər şeyə nail oalacağını bildirib.

"Vətən səsi" xəbər verir ki, Vardan Oskanyan erməni mətbuatına açıqlamasında Paşinyan hökumətini yarıtmaz siyasət yürütməkdə ittiham edib. O son iki ildə aparılan danışıqları təhlil edərkən deyib ki, Azərbaycan Ermənistanın istək və maraqlarına uyğun heç bir addım atmayaca: "Biz iki ildən artıqdır ki, Ermənistana gözlənilən minimumu belə vermədən Azərbaycanın özü üçün maksimumu əldə edəcəyi barədə xəbərdarlıq edəndə hansı təhlilə ehtiyac var idi? Azərbaycanın etdikləri absurd deyil. O, minimal maraqlarını qoruya bilməyən qarşı tərəfə maksimalist istəklərini tətbiq edir".

Keçmiş xarici işlər naziri təcrübəsizlikdə qınadığı Paşinyanı və onun komandasını Ermənistanı Bakının tələbləri qarşısında çıxılmaz vəziyyətə salmaqda ittiham edib: "Absurd Ermənistan hakimiyyətinin danışıqlar aparmaq bacarığıdır. İnsanın təcrübəsi və biliyi olmaya bilər, amma inadla uzun illər təcrübəsi olan insanların xəbərdarlığına məhəl qoymaması absurddur. Biz Qarabağın ermənisizləşdirilməsindən sonra xəbərdarlıq etdik ki, Azərbaycan gözlədiyinizin əksinə olaraq, sizə əvəzində heç nə verməyəcək, özü üçün maksimum tələb edəcək”.

Xatırladaq ki, rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında iki mühüm şərt qoyub. Bunlardan biri ATƏT-in Minsk Qrupundan imtina, digəri isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəanın ləğvi ilə bağlıdır.

Elxan SALAHOV

Oxşar xəbərlər