19.10.2024, 16:44
AZ EN
05.12.2023, 12:14 295

Qərb Paşinyan iqtidarını seçki yolu ilə qorumaq istəyir

XƏBƏRLƏR

Ermənistanda ona müxalif qüvvələrin fəallaşmasından qorxuya düşən baş nazir Nikol Paşinyan hakimiyyəti əldən verməmək üçün növbədənkənar seçkilərə getmək məsələsini müzakirə edir.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, bir müddət əvvəl İrəvanda keçirilən mer seçkilərinin xoşagəlməz nəticələri Ermənistanın hakim “Mülki müqavilə” partiyasını narahat edib. “Pastinfo”nun yaydığı məlumata görə, hakim partiyanın funksionerləri Baş nazir Nikol Paşinyana müxalifətin zəif olduğu bir vaxtda növbədənkənar seçkilər barədə düşünməli olduğunu başa salıblar.

O da iddia olunur ki, növbədənkənar seçki tələbinin Qərbdən gəldiyi barədə rəsmi dairələrdə məlumatlar dolaşır. Bildirilir ki, Paşinyanı qorumaq istəyən Qərb zamanın onun əleyhinə işlədiyini və Ermənistan ictimaiyyətində nüfuzunun sürətlə aşağı düşdüyünü anlayır

“Qarabağ ermənilərinin bölgəni tərk etməsindən sonra Paşinyan hakimiyyəti nüfuzdan düşür və ona inam gündən-günə azalır. Hakim partiyası nüfuzdan düşdükcə yeni müxalifət qüvvəsinin formalaşdırılma ehtimalı artır, ona görə də Qərb Paşinyandan “sadiqlik andı” istəyir ki, Ermənistan tez bir zamanda Rusiyadan qoparaq Avropaya inteqrasiya etsin. Baş nazir özü də növbədənkənar seçkilərlə vəziyyətdən çıxmaq və müxalifəti təəccübləndirmək qərarına gəlib. O, Qərbə vəd verib, Avropada gözləyirlər ki, yeni seçkilər vasitəsilə anti-Rusiya parlamenti formalaşacaq. Orada Aram Zaven Sarkisyan və digər qərbpərəstlər də iştirak edəcək”, - deyə, Ermənistan mətbuatı yazır.

Elxan SALAHOV

Oxşar xəbərlər