22.11.2024, 02:30
AZ EN
16.12.2022, 08:06 237

Amerikalı ekspert: Beynəlxalq təşkilatlar Vardanyana qarşı sanksiyalar məsələsini qaldırmalıdır

XƏBƏRLƏR
  • Beynəlxalq təşkilatlar erməni əsilli rusiyalı milyarder Ruben Vardanyana qarşı sanksiyalar məsələsini qaldırmalıdır.

Bu barədə Amerikalı İrina Tsukerman deyib.

Özünü “Qarabağın dövlət naziri” adlandıran Ruben Vardanyan Rusiya ilə əlaqələrini kəsməyib. O, Rusiya vətəndaşlığından imtina edib, lakin Rusiyadakı biznesini və aktivlərini saxladı. O, 2022-ci ildə Qarabağda Qərbin sanksiyalarından qaçaraq buradan qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb.

"Aydındır ki, Vardanyan separatçılara qoşulmaqla qeyri-qanuni biznesini həmişəki kimi davam etdirmək üçün ancaq yeni yol tapıb. ABŞ Dövlət Departamentində və Maliyyə Nazirliyində, eləcə də beynəlxalq təşkilatlarda ona qarşı sanksiyalar məsələsini qaldırmaq lazımdır", - deyə o bildirib.

Amerikalı analitik vurğulayıb ki, Azərbaycan qızılının qeyri-qanuni hasilatı ölkənin milli suverenliyinin pozulması və Vardanyan və onun korrupsioner əlaltılarının haqsız olaraq varlanmasıdır.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-qanuni çıxarılan təbii sərvətlərinin satışından əldə olunan pulların hara getdiyini sual doğurur:

"Məhz bu rakurs hazırda beynəlxalq ictimaiyyət, xüsusən də Vaşinqton və Brüssel üçün ən çox maraq doğura bilərdi". (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR