23.12.2024, 22:32
AZ EN
23.12.2024, 17:53 106

Sərkisyanın aprel döyüşləri zamanı erməniləri aldadıbmış

XƏBƏRLƏR

2016-cı ildə Azərbaycanın torpaqlarının bir hissəsinin işğaldan azad olunması ilə nəticələnən “Aprel döyüşləri” zamanı Ermənistan prezidenti Serj Sərkisyan erməni xalqını aldadıbmış.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının katibi Arnold Bleyan deyib. Onun sözlərinə görə, həmin döyüşlərdə ermənilər faktiki olaraq uduzsa da, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıldakı Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboyun Gülüstan, Tərtərin Qazaxlar və Suqovuşan kəndləri istiqamətində strateji mövqeələrin işğaldan azad edilməsini Ermənistanın qələbəsi kimi təqdim edib: “Serk Sərkisyan 2016-cı ilin dördgünlük müharibəsini “Ermənistanın qələbəsi” kimi formalaşdıraraq bizi aldatdı, guya Azərbaycan müharibəni dayandırmaq üçün Rusiyaya yalvarmışdı. Əslində bu, Ermənistanın geri çəkilməsi üçün bir müqəddimə və Qarabağla bağlı bir xəbərdarlıq idi”.

Erməni siyasətçi söyləyib ki, Sərkisyan rejiminin “Aprel döyüşləri” ilə bağlı iddiaları həqiqəti əks etdirmir: “Həmin vaxt sabiq prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakimiyyət Aprel döyüşləri ilə bağlı erməni xalqını aldadıb. Əksinə, o dönəmdə Azərbaycan ordusu qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanın özü prosesin dayandırılması üçün vasitəçi kimi Rusiyaya müraciət eləmişdi”.

Bleyan əlavə edib ki, Ermənistana təhlükə Türkiyə və Azərbaycan yox. Rusiyadan gəlir. Onun sözlərinə görə, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını istəmir: “Rusiyanın əsas narahatlığı Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlıdır. Çünki bu, faktiki olaraq, Rusiyanı bu regiondan çıxaracaq. Əgər biz Ermənistanın müstəqil dövlət kimi qalmaq istəyiriksə, Türkiyə və Azərbaycanla onlarla münasibətlərimizi tənzimləməliyik. Ermənistanın bu iki ölkə ilə idarəolunan münasibətləri olmadan necə yaşaya biləcəyi böyük sual altındadır. Artıq Rusiyanın müdafiəçiləri ümidsiz vəziyyətdədirlər, çünki düşünürlər ki, Rusiyanın yerini Qərb yox, Türkiyə tutur, bölgədə Qərbin təminatçısı Türkiyədir”.

Elxan SALAHOV

Oxşar xəbərlər