08.06.2025, 18:28
AZ EN
27.11.2023, 16:17 249

Makronun erməni sevgisi: türk dövlətlərinə də əl uzadır

XƏBƏRLƏR

İkinci Qarabağ müharibəsindən və xüsusilə də bu ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan vasitəsilə Cənibi Qafqazda söz sahibi olmaq üçün dəridən-qabıqdan çıxan Fransa yeni tərəfdaşlar axraışına çıxıb. Hər fürsətdə Azərbaycanla münasibətdə Ermənistanı yerli-yersiz müdafiə edən Makron hökuməti türk ölkələrinin də imkanlarından bəhrələnmək eşqinə düşüb.

"Vətən səsi" xəbər verir ki, türk dünyasının rəsmi Bakı ilə koordinasiyalı fəaliyyətindən qeyzlənən Fransa həmin ölkələrlə münasibətlərə və əməkdaşlıq imkanlarına önəm verməyə başlayıb. Rəsmi Paris ilkin olaraq Qazaxıstan və Özbəkistanı öz tərəfinə çəkmək istəyir. Belə ki, Fransa hər iki ölkə ilə hərbi sahədə əməkdaşlığa can atır və öz “Rafale” qırıcılarını təklif edir.
 
"La Tribune" qəzetinin yaydığı məlumata görə, Fransanın “Dassault Aviation” şirkəti Qazaxıstan və Özbəkistana silah tədarükü, xüsusilə də qırıcıların satışını reallaşdırmaq üçün bir neçə aydır təfəflərlə işləyir. Davamlı müzakirələrdən sonra Qazaxıstan və Özbəkistan isə “Rafale” qırıcıları ilə maraqlanmağa başlayıblar.

Parisdə nəşr olunan “La Tribune” Özbəkistanın 24-ə qədər döyüş təyyarəsi ala biləcəyini qeyd edib. Eyni zamanda, ola bilsin ki, Daşkənd başqa ölkələrdə istehsal olunan təyyarələrə də baxsın.
 
Qazaxıstan da döyüş təyyarələri parkını yeniləmək niyyətindədir, lakin bu ölkəyə “Rafale” qırıcılarının tədarükü perspektivləri “daha ​​uzaq görünür”.

Elxan SALAHOV

Oxşar xəbərlər