Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, artıq Vətən müharibəsindən 3 il keçir: “Biz həmin 44 günü yenidən günbəgün yaşayır, Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlıq nümunələrini xatırlayır, şəhidlərimizin uca xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ötən 3 il həm əldə olunmuş nəticələrin möhkəmləndirilməsi, suverenliyimizin tam bərpa olunması, həm də işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma işləri ilə yadda qalıb. Görülən işlərin miqyası həqiqətən də heyrətamizdir və dövlətimizin gücünün, potensialının əyani göstəricisidir”. (Report)