09.06.2025, 04:27
AZ EN
22.04.2025, 11:20 134

Əziz Ələkbərli: Erməni yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür

XƏBƏRLƏR
  • Erməni yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür.

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli aprelin 22-də Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və ya “Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilər hər zaman dünya ictimaiyyətini yalanlarına inandırmağa çalışıblar: “Həmin beyinlərdən saxtakarlıqları çıxarmaq, sonra həqiqətləri təqdim etmək lazımdır. Erməni yalanlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür”.

Sədr əlavə edib ki, Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı böyük işlər gedir: “Bu, təkcə Qərbi azərbaycanlıların məsələsi deyil, 60 milyonluq azərbaycanlıların məsələsidir”. (Report)

Oxşar xəbərlər