Bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
“Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr – Cümhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı olsun, can Türkiyə! Bir millət – iki dövlət”, – deyə nazir qeyd edib.
Həmçinin, Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki səhifəsində də bu əlamətdar günlə bağlı paylaşım edilib: “Qardaşlıq, dostluq və həmrəyliyimizin əsasında duran "Bir millət – iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyə Cümhuriyyətini 100 yaşının tamam olması münasibətilə təbrik edir və bu əlamətdar günün memarı Qazi Mustafa Kamal Atatürk və onun silahdaşlarının əziz xatirəsini hörmətlə anırıq”.