Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin görüşlə bağlı məlumatında deyilir ki, prezidentlər Türkiyə–Rusiya münasibətləri, Rusiya–Ukrayna müharibəsində sülh səyləri və Aİ-nin Rusiya aktivlərinin dondurması kimi məsələləri müzakirə ediblər.
Ərdoğan müharibənin ədalətli və davamlı sülhlə bitməsi üçün göstərilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb və enerji obyektləri ilə limanları əhatə edən məhdud atəşkəsin faydalı ola biləcəyini bildirib.
Türkiyənin sülh prosesini yaxından izlədiyi və istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğu qeyd olunub.
Görüşdə həmçinin Fələstin və Suriyadakı son hadisələr, eləcə də Cənubi Qafqazda sülh prosesi müzakirə olunub. (APA)