10.10.2025, 15:51
AZ EN
05.09.2025, 10:42 129

Zatulin sirləri açdı: "Azərbaycanın müstəqil siyasəti Rusiyanı qıcıqlandırandırır"

XƏBƏRLƏR
  • Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulin Moskvanın Bakıya qarşı qərəzli siyasətinin əsl səbəblərini etiraf edib.

"Vətən səsi" xəbər verir ki, Kremlin əsas ruporlarından sayılan Zatulin “Lenta.ru” saytına müsahibəsində Azərbaycanla münasibətlərin normallaşmasından danışarkən pis sülh müharibədən yaxşıdır, lakin bu o demək deyil ki, Moskva əməkdaşlığın dərinləşdirilməsini düşünməlidir. O, açıq şəkildə etiraf edib ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi Rusiyanı qıcıqlandırandirır: “Azərbaycan öz istiqaməti ilə gedir. Bu, Qarabağın alınmasından (işğaldan azad edilməsi-red) və 2023-cü ildən sonra daha açıq şəkildə ortaya çıxdı. Azərbaycan Ermənistana daha az milli hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə planlarını həyata keçirib. O vaxt Rusiya ilə əməkdaşlığa ehtiyac var idi. Lakin Bakının planları reallaşan kimi Rusiya ilə əlaqələrin zərurəti aradan qalxdı. Xüsusilə Ermənistana təzyiqlər, Zəngəzur dəhlizi, amerikalıların, israillilərin və digərlərinin regiona cəlb edilməsi Rusiyanın maraqlarına uyğun gəlmir. Üstəlik, Türkiyə və Azərbaycanın strateji müttəfiqliyi təkcə ikitərəfli deyil, həm də gələcəkdə böyük Turanın qurulmasına, Mərkəzi Asiya və Rusiyanın bəzi türk bölgələrinə nüfuz etməyə hesablanıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər