08.09.2024, 08:59
AZ EN
28.10.2023, 15:41 138

Səfir: Yaponiya şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində müxtəlif layihələrdə iştirakını gözləyirik

XƏBƏRLƏR
  • Yaponiya ilə Azərbaycan arasında yaşıl enerji, kənd təsərrüfatı, logistika sahəsində münasibətləri inkişaf etdirmək istəyirik. Eyni zamanda, azad olunmuş ərazilərdə, Naxçıvan kimi bölgələrdə də Yaponiya şirkətlərinin müxtəlif layihələrdə iştirakını gözləyirik.

Bu sözləri jurnalistlərə açıqlamasında Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada deyib.

O, bu gün Bakıda keçirilən “Yapon mədəniyyəti və “Şişimai” - ənənəvi yapon şir rəqsi” konserti kimi tədbirlərin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirdiyini deyib. Bildirib ki, təkcə iqtisadi, siyasi sahələrdə deyil, eyni zamanda, mədəniyyət istiqamətində də bu cür mübadilələr olduqca vacibdir.

Cuniçi Vada qeyd edib ki, artıq 30 ildir Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Həm siyasi, həm də iqtisadi sahədə çox gözəl münasibətlər var.

İki ölkə arasında iqtisadi münasibətlərdən danışan diplomat deyib: “İndiyə qədər daha çox neft-qaz sahəsində münasibətlər inkişaf edirdi. Bundan sonra isə daha çox “yaşıl enerji”, kənd təsərrüfatı, logistika sahələrində bu əlaqələri inkişaf etdirmək istəyirik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə, Naxçıvanda da Yaponiya şirkətlərinin müxtəlif layihələrdə iştirakını gözləyirik. (AZƏRTAC)

Oxşar xəbərlər