Bu sözləri müsahibəsində Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli deyib.
İtalyan professor Qarabağda aparılan yenidənqurma və bərpa işlərini şərh edərkən deyib: “Füzuli Beynəlxalq Hava Limanı ilə tanışlıq, Füzuli-Şuşa avtomobil yolu, ən əsası Azərbaycanın mədəniyyət paytaxtı Şuşadakı bir çox binada aparılan təmir-bərpa işləri məndə xoş təəssürat yaratdı. İşğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan hazırda Qarabağda yenidənqurma və abadlıq-quruculuq işlərini müvəffəqiyyətlə yerinə yetirir. Düşünürəm ki, bütün bu işlər regionda sülhün yenidən qazanılmasında möhkəm bünövrə rolunu oynayacaq”.
Qeyd edək ki, Daniel Pommier Vinçelli aprelin sonlarında Şuşa şəhərində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq forumun iştirakçılarından olub. O, həmçinın italyan dilində nəşr edilən “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabının həmmüəllifidir. (AZƏRTAC)