“Biz bütün əsir və məhbusların azad edilməsində, həmçinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında yaxından əməkdaşlığa hazırıq”.
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, İrəvan Qarabağ ərazisindən minaların təmizlənməsi üzrə fəaliyyətlərin həyata keçirilməsi üçün də Bakı ilə əməkdaşlığa hazırdır.
Paşinyan xatırladıb ki, 2021-ci ildə Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verib.
Xatırladaq ki, hazırda təkcə antiterror tədbirlərindən sonra Qarabağda separatçılıq fəaliyyəti göstərən 10 nəfər erməni cinayətkar həbs edilərək Bakıya gətirilib. Bunlar
Araik Arutyunyanın, Ruben Vardanyanın, Davit Babayanın, Arkadi Qukasyanın, Bako Saakyanın, David İşxanyanın, Davit Manukyan, qondarma rejimin sabiq “müdafiə naziri” Levon Mnatsakanyan, qondarma “Dağlıq qarabağ Respublikası”nın “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan və Xocalı qatili Vaqif Xaçatryandır.
Elxan SALAHOV