21.11.2024, 22:15
AZ EN
06.10.2023, 16:52 200

Türkiyəli deputat: “Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi önəmli mesajdır”

XƏBƏRLƏR
  • “Şuşanın gələn il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi dünyaya verilən önəmli bir mesajdır”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul üzrə millət vəkili Serkan Bayram bildirib.

Onun fikrincə, sözügedən məsələ İslam aləmi üçün də əhəmiyyəti olan bu qədim, tarixi və mistik şəhərin 2020-ci ilin noyabrına qədər məhv edilmə cəhdlərinə verilən cavabdır: “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin mədəniyyət nazirlərinin belə bir qərarı çox düzgündür. Şuşa işğaldan azad edilənədək Azərbaycan acılar çəkdi, mücadilələr verdi. Məncə, İslam dünyasının baş şəhəri olaraq Şuşaya bundan sonra heç bir qüvvə bəd niyyətlə toxuna bilməz. Şuşa öz haqqına qovuşur və haqq etdiyi daha gözəl günlər yaşayacaq”.

Serkan Bayram onu da qeyd edib ki, Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı olmasında Türkiyənin də önəmli rolu danılmazdır: “Bu məsələdə Türkiyənin də rolu böyükdür. Və bunu həm də Türk dünyasına yönəlik müsbət bir nümunə olaraq qiymətləndirmək doğru olardı”.

Qeyd edək ki, keçən ay İslam dünyası mədəniyyət nazirlərinin Qətərin paytaxtı Dohada 12-ci konfransı keçirilib. Konfransda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Şuşanın “İslam dünyasının 2024-cü il mədəniyyət paytaxtı” adına namizədliyini irəli sürüb. İslam dünyasının mədəniyyət nazirlərinin yekdil qərarı ilə Şuşa 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı statusunu qazanıb. (Report)

Oxşar xəbərlər