22.11.2024, 22:57
AZ EN
22.11.2024, 17:21 104

Vardanyan Paşinyanın planlarını açıqladı

XƏBƏRLƏR
  • “Nikol Paşinyan "Facebook" səhifəsindəki fon şəklində Qarabağ və Ağrı dağına yer verməməsi, çörək və yağdan yazması onun seçkiqabağı addımlarıdır. O, yeni gündəm yaradır və istəyir ki, ermənilər Ağrı dağını beyinlərindən silsin".

Vətən səsi" xəbər verir ki, bunu erməni siyasətçi,  “Ermənistan” fraksiyasının deputatı Elinar Vardanyan deyib. Onun sözlərinə görə, Baş naziri son günlər verdiyi açıqlama bə mesajlarla qarşıdan gələn növbəti və ya növbədənkənar seçkilərə hazırlaşdığını göstərir: "Onun "Facebook" səhifəsinin fonunu dəyişməsi ilə verdiyi mesaj da buna xidmət edir. Ona görə də cəmiyyətin qınağına tuş gəlib"

Erməni siyasətçi onu da bildirib ki, Paşinyanın öz gündəmini yaratmaqla ictimaiyyəti də bu gündəminə cəlb edir və müxalifətin alternativ gündəmi yoxdur: “Mən onun gündəmini daim izlədiyirəm, yaxşı siyasi təfəkkürə malik fiqurdur. Yaxşı anlayır ki, siyasi meydana nəsə atmaq lazımdır ki, hamı bu haqda danışsın, hamının gündəminə çevrilsin. Biz adətən nələrisə onun hərəkət və ya qərarlarından sonra müzakirəyə çeviririk və ya artıq qəbul edilmiş qərarlara reaksiya veririk, onlara qarşı çıxırıq. Ən ciddi addım o olardı ki, müxalifət heç olmasa bir məsələdə birləşib onu gündəmə gətirsin. Bəli, Qarabağ məsələsi əvvəlki illərdə müxalifəti birləşdirirdi. İndiki məqamda gündəm məsələsi tapıb onu birləşdirici gündəliyə çevirməliyik ki, Paşinyanın qərarlarına tabe olmayaq”.

Vardanyan onu da vurğulayıb ki, Paşinyan seçkilərə qədər nəyin bahasına olur-olsun, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Onun fikrincə, Baş nazirin əsas məqsədi yeni seçkilərə Azərbaycanla razılaşdırılmı və imzalanmış sazişlə getməkdir: "O, erməni xalqına və müxalifətə deyəcək ki, baxın, mən təhlükəsizlik məsələlərinizi həll etdim və artıq bizim Azərbaycanla sülh müqaviləmiz var. Bununla əhalini inandıracaq ki, onun siyasəti Ermənistanı böyük təhlükədən xilas edib və əhaliyə sizə sülh gətirib. Bundan sonra o, Ermənistanda mövcud olan daxili problemlərin, xüsusən də sosial ədalətsizliyin aradan qaldırılması naminə xalqdan növbəti dəfə mandat istəyəcək. Onun son vaxtlar açıq bəyanatlarla çıxış etməsi, azərbaycanın tələblərinə haqqa qazandırmaq cəhdləri buna xidmət edir. O, həmçinin bəyan edəcək ki, indi ölkəmizi Araqat ətrafında qurmağın vaxtıdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər