19.10.2024, 19:44
AZ EN
26.09.2023, 17:16 182

Qarabağı tərk edən ermənilərin təhlükəsiz və maneəsiz keçidi təşkil olunur

XƏBƏRLƏR
  • Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.

Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.

Üç ildir Xankəndidə yaşayan Ermənistan vətəndaşı İrəvana gedəcəyini deyib:

“Azərbaycan dilini Bakıda öyrənmişəm. Çünki əvvəllər Bakıda yaşamışam”.

Ona keçid zamanı yaxşı davranıldığını deyən 83 yaşlı erməni əsilli sakin, heç bir şikayətinin olmadığını da bildirib.

Azərbaycan dilində səlis danışan daha bir Xankəndi sakini də əvvəllər Bakıda yaşadığını və Bakıda da təhsil aldığını bildirib. O, yanğısöndürən ixtisasına yiyələndiyini, Xankəndidə uzun illər yanğısöndürmə məntəqəsinin müdiri olduğunu, bu günsə öz istəyi ilə Azərbaycanı tərk etdiyini deyib.

Könüllü olaraq Qarabağı tərk edən daha bir Xankəndi sakini vaxtilə Bakıda yaşadığını, azərbaycanlı dostlarının olduğunu, deyib.

Azərbaycanda təhsil alan daha bir erməni sakin isə “bizim ana dilimiz Azərbaycan dili olub” deyib: “O vaxt təhsilimiz Azərbaycan dilində idi və elə ana dilimiz idi bizim. Çünki bu dildə imatahan verirdik”.

Üç ildir Ermənistandakı övladları ilə ancaq telefon əlaqəsi saxladığını deyən sakin öz xoşu ilə getdiyini və ona yaxşı davranıldığını bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər