Məlumata əsasən, tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər
Görüş zamanı həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər. (Trend)