22.11.2024, 12:57
AZ EN
13.06.2023, 15:19 309

Zahid Oruc:” Dövlət rəhbəri azad olunan torpaqlarda yeni Vətən qurur”

XƏBƏRLƏR

Milli Məclisin deputatı Zahid Oruc yazır:  "2023-cü ilin dövlət büdcəsinin qəbulundan 5 ay sonra gəlir və xərclərə yenidən baxılması regionda iqtisadi və təhlükəsizlik risqlərinin ən yüksək olduğu, Rusiya-Ukrayna müharibəsinin əsrlərlə formalaşan iqtisadi-ticarət zəncirini məhv etdiyi bir vaxtda baş verir. İlin sonunadək qüvvədə olan büdcə qanunun və cari icra qrafikinin dəyişilməz qalması Böyük Qayıdışın gecikməsinə, milli təhlükəsizliyimizin yeni təhdidlərdən ziyan çəkməsinə səbəb olardı. Xatırladaq ki, sülh danışıqları ilə paralel, Ermənistan təkcə son aylarda Hindistandan 245 milyon dollarlıq silah alıb və 2025-ci ilə qədər onu 5 milyard dollara çatdırmağı hədəfləyir. Digər tərəfdən, 10 noyabrdan sonra Cənubi Qafqazda hərbi risqlər və Azərbaycana qarşı İrəvandan çox, daha böyük dövlətlərdən təhlükələr artıb . Ona görə də parlamentin hər bir üzvü prezidentin strateji qərarlarını alqışlayır. Ona görə də hər iki sahə külli miqdarda əlavə vəsaitə ehtiyac duyur. Faktiki olaraq, dövlət rəhbəri azad olunan torpaqlarda Yeni Vətən qurur". Deputatın sözlərinə görə, parlamentin hər bir üzvü prezidentin strateji qərarlarını alqışlayır.

Bununla bərabər, hökumətin son 6 ildə qarşısında dayanan ən böyük vəzifə qiymət və inflyasiya artımının qarşısını ala bilməməsidir: "Obyektiv iqtisadi mərkəzlərin hesabatları göstərir ki, devalvasiyadan sonra əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda məhsul-buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68% artıb. Həmin dövrdə əsas kommunal xidmətlər-elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Beləliklə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalaşsa da, orta maaşlar 65%-ə yaxın artıb. Konkret əhali qrupları içərisində məsələn, təhsil işçilərinin-2015-ci ildən diaqnostik qiymətləndirmədən sonra ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı 55% təşkil etdiyi halda real inflyasiya həmin rəqəmlərin sosial effektini xeyli zəiflədib 28 mayda seçkilərdə parlaq qələbə qazanan Rəcəb Tayyib Ərdoğan yeni hökumətə-özü də onun siyasətilə razılaşmayanları da daxil etdiyi təzə komandasına yüksək inflyasiyanın qarşısını almağı önə qoyub".

Z.Oruc daha sonra qeyd edib ki, hökumətin ikinci önəmli vəzifəsi Azərbaycan iqtisadiyyatının sektorlar baxımından ənənəvi strukturunu dəyişdirməsidir. Yenə də qərəzsiz iqtisadi təhillərə diqqət yetirək-ölkəmizdə ÜDM-in  47 %-ni təmin edən neft sektorunda cəmi 39 min məşğul işçi, ÜDM-in  4.7%-ni təmin edən kənd təsərrüfatında  isə ümumi məşğul əhalinin 36 %-i, yəni 1 mln. 809 min işçi çalışır: "Göründüyü kimi, ÜDM-i əsas etibarı ilə bir sahə yaradır, məşğulluğu isə ən aşağı əmək məhsuldarlığına malik olan kənd təsərrüfatı isə bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlət yardımı ilə ayaqda durur.

Azərbaycanın qeyri-neft sektorunda  2021-ci ildə ən böyük payla (10%) ticarət və nəqliyyat vasitələrinin təmiri, ondan sonra nəqliyyat və anbar təsərrüfatı (6,9%), emal sənayesi (6,9%) və tikinti (5,9%) yer tutur.

Halbuki pandemiya və Rusiya-Ukrayna müharibəsi dünyada təchizat zəncirindəki pozulmalar hesabına  ölkəmizə yeni fürsətlər verib. Qlobal bazarda məhsul qıtlığı ölkəmizin kimya və metallurgiya sənayesi məhsullarına tələbatı artırıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər