04.02.2026, 14:22
AZ EN
04.02.2026, 12:15 93

Sərkisyanın TRIPP layihəsi barədə təsəvvürü yoxdur

XƏBƏRLƏR
  • Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ötən ilin avqustunda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən görüşlər zamanı razılaşdırımış "TRIPP yolu" layihəsi barədə təsəvvürü yoxdur.

"Vətən səsi" xəbər verir ki, bu barədə keçmiş prezident özü yerli jurnalistlərə dünənki açıqlamasında bildirib. O, deyib ki,  "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsi ABŞ administrasiyası ilə Azərbaycan arasında razılaşdırılmış strateji sənədə da çox oxşayır: "Mən hələ də TRIPP layihəsinin məzmunu barədə dəqiq təsəvvürə malik deyiləm.

Ermənistanın üçüncü prezidenti əlavə edib ki, layihə ilə bağlı müxtəlif tərəflərdən ziddiyyətli açıqlamalar var: "Azərbaycan və Türkiyə buna dəhliz kimi baxır, Ermənistan cəmiyyətinin bir hissəsi də bunu belə qəbul edir. Mövcud  hakimiyyət və Paşinyanın komandasının əsas adamlar isə fərqli izahatlar verir, "TRIPP yolu" layihəsini gah təhlükəsizlik zəmanəti, gah sadəcə, yol qovşağı, gah da digər adlarla adlandırır. Hakimiyyətin mövqeyi zamanla tez-tez dəyişir, buna görə də onlar etibarlı deyil. Paşinyana da inanmıram".

Hazırkı Baş nazir Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyətdən devirdiyi Sərkisyan bildirib ki, yalnız sənədə baxdıqdan sonra "TRIPP yolu" layihəsini qiymətləndirmək olar. O, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin yaxın günlərdə Ermənistana gözlənilən səfərinin də bununla əlaqəli olduğunu düşünür: "Ermənistan hakimiyyəti Vensin İrəvana səfərinin məhz seçkiqabağı dövrdə dövrdə reallaşmasında maraqlıdır. Bu, "Tramp marşrutu" ilə bağlı müzakirələrdən daha çox Paşinyana və onun komandasına seçkilərdə dəstək kimi izah oluna bilər".

Elxan SALAHOV

Oxşar xəbərlər