21.05.2024, 03:57
AZ EN
01.09.2023, 17:44 189

Metyu Brayza: “Silahlı insidentlər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının əhəmiyyətini göstərir”

XƏBƏRLƏR
  • “Silahlı insidentlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının əhəmiyyətini göstərir”.

Bunu beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və iki ölkə liderləri razılaşaraq sülh sazişi imzalanana qədər belə insidentlərin davam edəcəyini gözləmək olar”, - o vurğulayıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb. (Report)

Oxşar xəbərlər