26.12.2024, 15:30
AZ EN
15.07.2023, 17:04 191

Rusiya XİN: Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması üçtərəfli bəyanatın əsas şərtlərini kökündən dəyişib

XƏBƏRLƏR
  • 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının vasitəçiliyi altında keçirilən sammitlərdə Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı verdiyi bəyanatda bildirilir.

Rusiya tərəfi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına başlanmalı olduğunu açıqlayıb.

“Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır”, - deyə bəyanatda qeyd olunub. (APA)

Oxşar xəbərlər