26.12.2024, 18:26
AZ EN
26.08.2023, 16:31 291

Deputat: "Prezidentin Laçın və Kəlbəcərə səfəri azad edilən ərazilərin diqqət mərkəzində olduğunu sübut edir"

XƏBƏRLƏR
  • "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfərləri bir daha sübut etdi ki, işğaldan azad edilən ərazilərimiz diqqət mərkəzindədir və sürətli inkişaf mərhələsinə qədəm qoyub".

Bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O, Laçında məskunlaşma prosesinin davam etdiyini və soydaşlarımızın bir qisminin artıq Laçın şəhərinə və Zabux kəndinə qayıdışının çox önəmli hadisə olduğunu vurğulayıb.

Deputatın sözlərinə görə, dövlət başçısının bu rayonlara səfəri zamanı bəzi müəssisələrin açılışında, habelə obyektlərin təməlqoyma mərasimində iştirakı o deməkdir ki, həmin rayonların sosial-iqtisadi həyatında çox böyük dirçəliş baş verir:

"Bu, bölgəmizdə həyatın sürətli qayıdışından, inkişafından xəbər verir. Prezidentin bu yaxınlarda imzaladığı sərəncama əsasən, Kəlbəcər rayonunun yenidən qurulması, sosial-iqtisadi inkişafının təmin edilməsi üçün vəsaitin ayrılması diqqətçəkən məqamdır. Qısa zamanda böyük sənaye müəssisələrinin, turizm və kənd təsərrüfatı obyektlərinin, hotel və mehmanxanaların, məktəb və xəstəxanaların inşası bu rayonların, dövlətimizin iqtisadi gücünün göstəricisidir".

K.Bayramov diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Deputat həmin proqram çərçivəsində işlərin kortəbii yox, planlı şəkildə həyata keçirildiyini xatırladıb:

"Prezident söz sahibidir, verdiyi vədlərin üstündə durur. 44 günlük Vətən müharibəsindən sonra ilk sözləri o olmuşdu ki, biz işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtmasına çalışmalıyıq. Biz indi həmin sözlərin nəticəsini görürük. İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün addımlar atılır. Ümumiyyətlə, bu işlər regional siyasət çərçivəsində həyata keçirilir. Yəni işğaldan azad olunmuş ərazilərlə yanaşı, bütün bölgələrdə bu işlər görülür. Prezidentin digər rayonlarımıza səfəri göstərir ki, bu işlər ölkə üzrə tarazlı şəkildə həyata keçirilir". (Report)

Oxşar xəbərlər