09.06.2025, 01:06
AZ EN
24.08.2023, 20:15 374

Ermənistan Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa çalışır - Dünya mediası Qarabağda yaşayan ermənilərin real sayından yazır

XƏBƏRLƏR
  • Ermənistan Azərbaycana qarşı destruktiv siyasətini davam etdirir. Beynəlxalq hüququ pozan, BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayan və manipulyasiya xarakterli addımlar atan bu ölkə Azərbaycanı Qarabağda yaşayan erməni əsilli insanlara qarşı guya “qeyri-insani rəftar”da əsassız olaraq ittiham etməkdə davam edir.

Erməni tərəfinin tez-tez səsləndirdiyi əsassız iddialardan biri də Azərbaycanın Qarabağda guya “120 min ermənini blokadada saxlaması”dır. Bu da sərsəm bəyanatda göstərilən rəqəmlər kimi tamamilə yalandır. Real faktlarla təsdiqlənir ki, rayonun əhalisi cəmi 40 min nəfərdir. Lakin Ermənistan rəsmi dairəsi, eləcə də Qarabağdakı separatçılar dünya ictimaiyyətini bunun əksinə inandırmağa çalışırlar.

Ermənistan dünya ictimaiyyətini çaşqınlığa salmaq cəhdlərində davamlı olaraq məğlubiyyətə yubarlanır. Dünyanın bir sıra aparıcı KİV-ləri vəziyyəti şərh edərək, ermənilərin yaydığı dezinformasiyanı artıq real faktlara əsaslanaraq təkzib edib.

Belə ki, Moldovanın əsas kanalı “Moldova 1” televiziyasında yayımlanan reportajda müxbir erməni tərəfinin Qarabağdakı ermənilərin sayını 3 qat şişirtdiyini diqqətə çatdırıb.

Litvanın ən tanınmış nəşrlərindən biri – “Delfi” də məqaləsində vurğulayır ki, "Qarabağdakı Kremlin əlaltısı" Ruben Vardanyan "oradakı ermənilərin sayının 120 min olduğunu deməklə əhalinin sayını 3 dəfə şişirdir, son qiymətləndirmələrə görə orada 40 minə yaxın sakin yaşayır".

Ukraynanın ən böyük telekanalı “İnter” öz hesabatında qeyd edib ki, Qarabağda sakinlərin maksimum sayı 40 min nəfərdən çox deyil.

"Halbuki qondarma rejim buradakı sakinlərin sayının 120 minə çatdığını bildirib. Bu məlumat yalandır və təxribat xarakteri daşıyır", - reportajda deyilir.

İspaniyanın 45,3 milyon nəfərlik auditoriyası olan "Larazon" qəzetində dərc olunan materialda da "Qarabağda yaşayan ermənilərin sayının 40 mindən çox olmadığı" qeyd edilir.

ABŞ-nin aparıcı və nüfuzlu siyasi dövri nəşrlərindən biri olan “The Hill” öz materialında qeyd edir ki, “rəqəmləri şişirtməklə separatçı rəhbərlik ermənilərin Ermənistan və Rusiyaya genişmiqyaslı miqrasiyasını gizlətməyə çalışır. Onlar 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20 faizinin işğalına haqq qazandırmaq üçün demoqrafik məlumatları eyni şəkildə şişirdirdilər”.

Beləliklə, artıq erməni taktikası istənilən nəticəni vermir. Əksinə, destruktiv hərəkətləri və regionda sülhün bərqərar edilməsindən imtinası ilə səciyyələnən erməni siyasətinin əsl mahiyyətini ifşa edir. (Trend)

Oxşar xəbərlər