21.11.2024, 23:12
AZ EN
16.10.2023, 13:51 304

Mahir Abbaszadə: “Möhtərəm İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir”

XƏBƏRLƏR
  • Tariximizin  son 20 ildə bütün  sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Tarix üçün çox qısa zaman kəsiyi olan 20 il əslində iki yüz ildir davam edən məğlubiyyət və faciə ardıcıllığına nöqtə qoyaraq qələbə, qürur və sevinc salnaməsini yazdı...

“Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü həm dövlətin inkişafı nöqteyi-nəzərdən, həm  sosial problemlərin həll edilməsi, həm dövlət quruculuq siyasətinin sürətlə həyata keçirilməsi, ölkəmizin siyasi qüdrətinin yüksəldilməsi, eyni zamanda uzun müddət məcburi köçkün düşmüş insanların həyat şəraitinin yaxşılaşdırılması, ordumuzun formalaşdıırlması baxımından çox vacib il kimi qiymətləndirilməlidir”. Bunu “Real” TV-yə açıqlamasında Milli Məclisin  deputatı Mahir Abbaszadə deyib.

Millət vəkili qeyd edib ki, xüsusilə 44 günlükVətən müharibəsi zamanı  Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə birlikdə olması, Azərbaycanın uzun müddət işğal altında olan torpaqlarının geri alınması Azərbaycanın bugünkü reallığını əks etdirir: “Azərbaycan ilk dəfə olaraq  2023-cü ilin aprel ayında Laçın sərhəd-keçid məntəqəsini yaratmaqla özünün ərazi bütövlüyününü  təmin etdi.  Sentyabr ayında lokal antiterror zamanı Qarabağda olan xunta rejiminin ləğv edilməsi, terrorçulardan təmizlənməsi Azərbaycan Prezidentinin apardığı mühüm işlərin sırasındadır. Bu gün  Azərbaycan dövlətinin nailiyyətlərinə baxanda görürük ki,  cənab Prezidentin rəhbərliyi ilə  ilk dəfə olaraq Xankəndində Azərbaycan bayrağının dalğalanmasının şahidi oluruq.  Bütün bunlar cənab Prezidentin  20 il müddətində apardığı çox ciddi, siyasi, iqtisadi, hərbi siyasətinin nəticəsində reallaşdı. Hələ uzun  müddət Azərbaycan xalqı, Azərbaycan Prespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da  böyük nailiyyətələrə imza atılacaq, Azərbaycanın sərhədləri daimi qorunacaq, Azərbaycanın ərazisində bayrağımız daimi dalğalanacaq”.

Mahir Abbaszadə daha sonra əlavə edib ki, bu gün Azərbaycanda Xalq-İqtidar birliyi var və xalq öz Liderinə, Müzəffər Ali baş Komandanına inanır. Bu isə ölkəmizi daha böyük uğura doğru aparır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər