21.06.2025, 22:24
AZ EN
17.08.2023, 15:00 356

Xəlil Sisse: “Fransa Azərbaycana qarşı qərəzli mövqe tutur, separatçılara dəstək verir”

XƏBƏRLƏR
  • “Fransa Qarabağda separatçı əhvali-ruhiyyəni dəstəkləyərək Azərbaycana qarşı qərəzli mövqe tutur”.

Bunu Malinin inkişafı üçün yeni təşəbbüs olan NIDEM Mərkəzinin prezidenti Xəlil Sisse Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanata münasibət bildirərkən deyib.

“Fransa hakimiyyəti Mali də daxil olmaqla, müxtəlif ölkələrdə imperialist siyasət aparır. Afrika ölkələri də eyni problemlə üzləşir. Fransa terrorçu və cinayətkar ölkədir”, - Mali nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Mali Qoşulmama Hərəkatının üzvü kimi Fransanın imperialist siyasətinə qarşı Azərbaycanı dəstəkləməyə hər zaman hazırdır. (Report)

Oxşar xəbərlər