19.10.2024, 20:23
AZ EN
01.05.2023, 17:33 182

Deputat: Azərbaycanla Ermənistan arasında hərəkətə ölkəmizin suveren hüquqları çərçivəsində nəzarət olunur

XƏBƏRLƏR
  • Laçın rayonunda quraşdırılan sərhəd-buraxılış məntəqəsi Azərbaycanla Ermənistan arasında hərəkətin məhdudlaşdırılması deyil, leqallaşdırılması məqsədi daşıyır. Yəni, praktiki olaraq bu, iki ölkə arasında hərəkətə Azərbaycanın suveren hüquqları çərçivəsində nəzarət edilməsinə, bununla da ölkəmizin qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq təşkilinə imkan yaradır.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, sərhəd-buraxılış məntəqəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli insanların blokadaya alınması anlamına gəlmir. Əksinə, bu, regionda silahlandırılma, silahsızlaşdırılma, silahların qeyri-leqal daşınmasının qarşısının alınması məqsədi daşıyır. Ona görə də buraxılış məntəqəsinin qurulması Azərbaycanın konstitusion hüququdur. Azərbaycan öz suveren sərhədlərində buraxılış məntəqələri qurmaq və onun fəaliyyətinə nəzarət etmək hüququna malikdir. Son görüntülər də bir daha təsdiq edir ki, Azərbaycanla Ermənistan arasında hərəkət məhdudlaşmayıb, sadəcə, buna ölkəmizin suveren hüquqları çərçivəsində nəzarət həyata keçirilir. (AZƏRTAC)

Oxşar xəbərlər