"Vətən səsi" xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyin rəsmi "X" hesabında paylaşım edilib.
"İsveç Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzərində razılığa gəlməsi xəbərini alqışlayır və regionda davamlı sülh, sabitlik və firavanlığa töhfə vermək üçün onun tezliklə imzalanmasına çağırır", - deyə İsveç Xarici İşlər Nazirliyi paylaşımda bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan hökumətləri iki ildən çox davam edən birbaşa danışıqların nəticəsi olaraq sülh sazişi mətnini razılaşdırıb. Bununla əlaqədar başda ABŞ və Rusiya olmaqla dünyanın bir çox ölkələrindən Bakı və İrəvana çoxsaylı dəstək mesajları göndərilir.
Elxan SALAHOV