Forumda 70-dən çox ölkənin nümayəndələri iştirak edir.
"XI Qlobal Bakı Forumunun keçirilməsi artıq ənənəvi olaraq həyata keçirilən bir tədbirdir. Təbii ki, tədbirin ən önəmli tərəfi ondan ibarətdir ki, bu beynəlxalq bir tədbirdir və bu tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai siyasi şəxslər iştirak edirlər".
Bu sözləri mətbuata açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu forumun digər önəmli əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, bu forumda bu gün dünyada, yəni günümüzdə mövcud olan problemlər və onlardan çıxış yolları, perspektivləri müzakirə olunur, eyni zamanda onların həlli yolları nəzərdən keçirilir: "Hesab edirəm ki, XI Qlobal Bakı Forumu da bu qəbildən önəmlidir və təbii ki, bu gün dünyamızda baş verən münaqişələr və onların aradan qaldırılması istiqamətində atılan addımlar xüsusilə müzakirə edilməli və yekun nəticəyə gəlməli məsələlərdir. Bu baxımdan düşünürəm ki, Bakı Qlobal Forumunun keçirilməsi Azərbaycanın həm də beynəlxalq aləmdə beynəlxalq imicinin daha da möhkəmlənməsinə xidmət edir və Azərbaycan dövləti bu forumu keçirməklə, həm də onun artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinin formalaşdığını da göstərmiş olur. Bu baxımdan düşünürəm ki, biz XI Qlobal Bakı Forumuna sıradan bir tədbir kimi yox, xüsusilə də fövqəladə, yəni beynəlxalq birlik üçün maraqlı olan və onun problemlərinin müzakirə edildiyi və müəyyən nəticənin əldə edildiyi bir forum kimi yanaşmalıyıq. Xüsusilə də elə bu elə son, keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etməsi və tariximizdə ilk dəfə "Ermənistanla sülhə yaxınıq" mesajını verməsi ondan xəbər verir ki, bu forumda təkcə Ermənistan-Azərbaycan münaqişəsi deyil, eyni zamanda digər münaqişələr də müzakirə olunur və hesab edirəm ki, bunlar kifayət qədər həm ölkəmizin, həm də dövlətimizin dost və tərəfdaş dövlətlər, təşkilatlar, tədbirlər baxımından çox önəmlidir",-deyə S.Hümbətov vurğulayıb.
Tahirə AĞAMİRZƏ