25.04.2025, 15:03
AZ EN
16.08.2023, 13:27 386

Meksika səfiri: Ağdamda inkişafı və yenidənqurma layihələrini görməyi səbirsizliklə gözləyirəm

XƏBƏRLƏR
  • “Bu səfərə dəvət edildiyim üçün təşəkkür edirəm. Səfərin davamını, bu ərazilərdə inkişafı və yenidənqurma layihələrini görməyi səbirsizliklə gözləyirəm”.

Bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero deyib.

“İndiyə qədər gördüyüm və məni təsirləndirən layihələrdən biri də yolboyu əkilən ağaclardır. Səfərin yekunlaşmasını və bütün bu inkişafı görməyi səbirsizliklə gözləyirəm və nəticədə mən gördüklərim barədə daha çox şərh verə biləcəm”. (APA)

Oxşar xəbərlər