19.10.2024, 23:47
AZ EN
14.08.2023, 14:05 325

Tahir Mirkişili: Ermənilər keçmiş ilə gələcək arasında seçim etməli olacaqlar

XƏBƏRLƏR
  • 1991-ci ildə Parisdə erməni diasporu guya “Azərbaycanın Qarabağı blokadaya almasına” həsr olunan aksiya keçirmişdi. Bu aksiyalardan sonra ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı rayonları işğal etdilər və Ermənistana birləşdirdilər. Azərbaycanın ovaxtkı məğlubiyyətinin səbəbləri çoxdur. Amma əsas səbəb güclü dövlətin və güclü liderin olmaması, xalqın, əsgərin “sahibsiz” qalması idi.

Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

Azərbaycanın 30 ildən sonra əvvəlki vəziyyəti bərpa etdiyini, hətta daha çoxunu bacardığını vurğulayan komitə sədri bildirib: “Bizim hazırda nəzarət etdiyimiz torpaqlar və strateji yüksəkliklər 30 il əvvəl nəzarətimizdə deyildi. Bu üstünlüklərin qazanılmasının səbəbləri çoxdur. Amma əsas səbəb Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, siyasi bacarığı və Azərbaycan xalqının, qəhrəman əsgərlərimizin daim onun yanında olması oldu. İndi artıq güclü Liderimiz, Ordumuz, iqtisadiyyatımız var!”.

İndi sanki tarixin yenidən təkrarlandığını, ermənilərin yenə özlərinin 30 il əvvəlki köhnə metodları ilə hərəkətə keçdiklərini deyən T.Mirkişili qeyd edib: “Yenə həmin aksiyalar, şikayətlər, “acından ölürük”, “blokada” şouları və s… Yəni, görünən odur ki, ermənilər heç dəyişməyiblər. Bəzən elə gəlir ki, ermənilər üçün zaman anlayışı yoxdur, sanki onların saatı dayanıb.

Azərbaycan isə əksinə, həm dövlət, həm də xalq olaraq keçmişdə buraxılan səhvlərdən çox böyük nəticə çıxarıb. Azərbaycan artıq dünyada nüfuzu olan güclü liderə, müharibədə hər şeyini qurban verən qalib xalqa, istənilən layihəni maliyyələşdirə bilən iqtisadiyyata, etimada əsaslanan müttəfiqlərə və regionda ən güclü orduya sahib olan ölkədir”.

Deputat əlavə edib ki, ermənilərin köhnə, bəsit metodları ikrah doğurur. Ya onlar inteqrasiya olub Azərbaycanda inkişaf edəcək, ya da gedib Ermənistanda, keçmişdə yaşayacaqlar. Ermənilər keçmiş ilə gələcək arasında seçim etməli olacaqlar. Bizim isə yolumuz birdir: inkişaf etmək, güclü olmaq, liderlik etmək. (AZƏRTAC)

Oxşar xəbərlər