19.10.2024, 13:32
AZ EN
22.08.2024, 11:02 233

Zaxarova: "Ermənistan KTMT-nin dəstəyinə möhtacdır"

XƏBƏRLƏR
  • "Ermənistanın təhlükəsizliyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  başqa variant yoxdur. Ermənistanın təhlükəsizliyi bu təşkilatdan çox asılıdır".

"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin ümayəndəsi Mariya Zaxarova bildirib. O, dünən keçirdiyi brifinqdə ermənlərə məxsus news.ru saytının əməkdaşının sualına cavabında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyinə möhtac olduğunu və bu ehtiyacın başqa ölkələr tərəfindən ödənilməsinin mümkünsüzlüyünü dilə gətirib.

Zaxarova vurğulayıb ki, Ermənistan gec və ya tez KTMT ilə əməkdaşlığa qayıdacaq, təşkilatın tədbirlərində fəal iştirak edəcək. O, əlavə edib ki, İrəvanın təşkilatla əməkdaşlığa qayıtması üçün qapılar açıqdır: "Son nəticədə bu ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyanın alternativ yoxdur. Bu, illər yox, əsrlər boyu sınanmış, erməni xalqı tərəfindən yüksək qiymətləndirilmiş və Ermənistanın tarixində öz əksini tapmış məsələdir. Nəşr olunan hər hansı psevdodərslik bu yazılanları dəyişdirə bilməz".

Elxan SALAHOV

Oxşar xəbərlər